ABŞ-da koronavirusa yoluxanların sayı artıb 

21:48 26.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da daha bir yeni növ koronavirusa yoluxma faktı qeydə alınıb.

RİA Novosti-nin verdiyi məlumata görə, bu barədə Kaliforniyada Orinc dairəsinin Səhiyyə Agentliyinin press-relizində deyilir.

Bildirilir ki, yeni növ koronavirusa yoluxan şəxs Çinin Uxan şəhərindən ABŞ-a gəlib. O, hazırda xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl ABŞ-da yeni növ koronavirusa 2 yoluxma faktı qeydə alınmışdı.